Pərakəndə ticarət şəbəkəsində 17 milyard manatlıq ərzaq, içki və tütün məmulatları satılıb

2020.11.26 17:33 (UTC+04:00)

Yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq, o cümlədən 17 milyard 34,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3 faiz artıb.