Əhalinin banklardakı əmanətləri artıb

2020.11.25 17:31 (UTC+04:00)

Noyabrın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 870,3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, əhalinin banklardakı əmanətləri son bir ayda 36,1 milyon manat artıb, ilin əvvəli ilə müqayisədə 767,6 milyon azalıb.