Noyabrın 25-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (ARMB) 50100786S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 805 milyon 292 min manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. Notlar dekabrın 23-də ödəniləcək.