Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

2020.11.25 16:06 (UTC+04:00)

Yanvar-oktyabr aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac edilən məhsulların dəyəri 565,5 milyon ABŞ dolları, Ukraynaya 313,4 milyon dollar, Belarusa isə 161,2 milyon dollar olub.