Dəniz limanlarında 7,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

2020.11.25 15:00 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında dəniz limanlarında 7 milyon 212,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 6 milyon 767,4 min tonunu və ya 93,8 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 199,3 min ton olub.
On ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 18,4 min nəfər təşkil edib.