Maliyyə naziri Rişi Sunak büdcə tənzimləməsi ilə bağlı müsahibəsində bu ilin hər kəs üçün son dərəcə çətin bir dövr olduğunu vurğulayaraq bildirib ki, bu, hökumətin dövlət xərclərini azaltmasına səbəb olmayacaq: “İngilis xalqı daha üstün dövlət xidmətlərindən istifadə etməyə layiqdir”.
Qeyd edək ki, bundan əvvəl Britaniya kütləvi informasiya vasitələrində hökumətin dövlət sektorunda işləyənlərin gəlirlərini “dondurmağa”hazırlaşdığı barədə iddialar irəli sürülmüşdü.
Maliyyə Araşdırmaları İnstitutunun direktoru Pol Conson Sunakın açıqlamalarına münasibət bildirərək vergilərin artırılmasının və dövlət xərclərinin azaldılmasının yaxın müddət ərzində gündəliyə çıxarılmayacağını bildirib. Ölkədə vergilərin artırılmasının təcili olmadığını vurğulayan Conson bunun gələcəkdəki ümumi seçkilərdən sonraya saxlanılacağını deyib: “İndi hələlik cüzi şəkildə borca düşəcək və bu yolla iqtisadiyyatı qoruya biləcək gücdəyik”.