Yanvar-oktyabr aylarında Azərbaycana 7344 çeşiddə məhsul gətirilib

2020.11.25 14:13 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 7344 çeşiddə məhsul idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edək ki, 10 ayda Azərbaycanda idxal əməliyyatlarının dəyəri 8 milyard 767,3 milyon ABŞ dolları olub.