Azərbaycan neftinin qiyməti 48 dolları keçib

2020.11.25 10:40 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,79 dollar artaraq 48,07 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.