Cari ildə ölkədə 2982 kiloqram qızıl istehsal olunub

2020.11.24 16:02 (UTC+04:00)

Yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2982 kiloqramı qızılın payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz azalıb.
Noyabrın 1-nə olan vəziyyətə əsasən, 285,4 kiloqram hazır qızıl ehtiyatı var.