Kubada hava nəqliyyatı sərnişinlərindən “sanitar vergisi” tutulacaq

2020.11.26 13:55 (UTC+04:00)

“Azadlıq adası”nın hökuməti dekabr ayının 1-dən hava nəqliyyatı sərnişinlərindən 30 ABŞ dolları məbləğində “sanitar vergi”sinintutulması ilə bağlı qərar qəbul edib. Ölkəyə təyyarə ilə gələn hər bir sərnişin bu qərar çərçivəsində 5 gün ərzində karantində saxlanılacaq.

Hökumətdən verilən açıqlamada bildirilib ki, vergiyə koronavirus testinin keçirilməsi, eləcə də sərhəddə əməl edilən tibbi protokol xərcləri daxildir.

Sanitar vergisi təyyarə biletinin qiymətinə əlavə ediləcək. Onu da deyək ki, dekabrın 1-dək Kuba hava limanlarında sərnişinlər koronavirus testindən pulsuz keçiriləcək.