Bugünkü valyuta hərracında tələb 62,7 milyon dollar təşkil edib

2020.11.24 15:00 (UTC+04:00)

Noyabrın 24-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən bildirilib ki, hərracda tələb 62,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.