On ayda Azərbaycandan 2850 çeşiddə məhsul ixrac olunub

2020.11.24 11:35 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 2850 çeşiddə məhsul ixrac edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edək ki, 10 ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 12 milyard 234 milyon ABŞ dolları olub.