Yanvar-oktyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 37,8 milyard manat olmaqla 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,7 faiz azalıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 7,3 faiz azalaraq 36,5 milyard manata bərabər olub. Onun 50,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 379,3 manat və ya 2019-cu ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 23 manat az vəsait xərcləyib.