Beynəlxalq konfransda Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modelindən danışılacaq

2020.11.23 11:37 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Özbəkistanda islahatların inkişafının ölçülməsi: Beynəlxalq reytinqlər və indekslər” mövzusunda beynəlxalq konfransın açılış panelində iştirak edəcək.

İİTKM-dən bildirilib ki, V.Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılan iqtisadi islahatların idarə edilməsi modeli barədə çıxış edəcək. İİTKM-in üç əsas fəaliyyət istiqaməti - iqtisadi təhlil, monitorinq və qiymətləndirmə, islahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası – arasında funksionallıq barədə təqdimat olunacaq. Xüsusilə də konfrans iştirakçıları ilə Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi və beynəlxalq qurumlarla əməkdaşlıq, həmçinin dövlət-özəl dialoqu əsasında islahatların dizaynı, qəbulu, realizasiyası və qiymətləndirilməsi barədə təcrübə bölüşdürüləcək.

Tədbirdə Özbəkistanın dövlət qurumlarının rəhbər şəxsləri, BMT başda olmaqla beynəlxalq təşkilatların nümayəndələri və dünyada tanınmış iqtisadçıların iştirakı planlaşdırılır.