Rusiyada vergi daxilolmaları kəskin azalıb

2020.11.24 18:08 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyasının dövlət büdcəsinə vergi daxilolmalarında 11 faiz azalma olub. Federal Vergi Xidmətinin rəhbəri Daniil Qavrilov ölkə başçısı ilə görüşü zamanı bildirib ki, vergi yığımlarının azalmasına dünya bazarında neftin ucuzlaşması və neft hasilatının azaldılması ilə bağlı sazişlərin yerinə yetirilməsi, eləcə də tələbin aşağı düşməsi və koronavirus pandemiyasının yayılması ilə bağlı tədbirlərə görə vergi güzəştlərinin müəyyənləşdirilməsi təsir göstərib. “Bunun nəticəsində ikinci rübdə vergi daxilolmalarındakı azalma 26 faiz təşkil etdi, 10 ayın nəticələrinə görə isə daxilolmaların həcmi 16,9 trilyon rubl təşkil etdi ki, mən məcmu büdcədən danışıram, bu da mənfi 11 faiz deməkdir”.

D.Yeqorov qeyd edib ki, biznesə verilmiş güzəştlər sayəsində məşğulluğu saxlamaq mümkün olub və ölkədə əməkhaqqı 4 faiz artıb.