64 obyektdə zəruri qayda və tələblərə əməl olunmadığı müəyyənləşdirilib

2020.11.21 13:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, noyabrın 19-da keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Dəfnə çörək evi”ndə, “Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Nəsimi rayonunda “Məntiq kitab evi”ndə, Şəfəq Əliyevaya məxsus ərzaq mağazasında, Xəzər rayonunda Atif Fərziyevə məxsus ticarət obyektində, Səbail rayonunda “Akifoğlu mebel” mağazasında, Fatma Aslanovaya məxsus mağazada, Qaradağ rayonunda Nicat Əliyevə məxsus pərakəndə ticarət obyektində, Nizami rayonunda Baba Şirəliyevə, Tofiq Əsgərova məxsus mağazalarda, Nərimanov rayonunda Fəttah Əliverdiyevə məxsus “Zoo mağaza”da, “Dokta” MMC-yə məxsus “Aptek”də, Yasamal rayonunda “Araz supermarket Elmlər Akademiyası”nda, Müşfiq Əzizova məxsus telefon mağazasında, Suraxanı rayonunda Zülfiqar Şamilova, Mehriban Əsədovaya məxsus mağazalarda, Xətai rayonunda Südabə Zamanovaya, İlkin Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda Afiq Mahmudova məxsus “Kişi geyimləri” mağazasında, Gəncə şəhərində “Radiotexnika mağazası”nda, “Proqress market”də, Sumqayıt şəhərində “Chanel ətriyyat mağazası”nda, Anar Əvəzova məxsus ticarət obyektində, Abşeron rayonunda Ehtiram Quliyevə, Vüsal Məmmədova məxsus mağazalarda, Sabirabad rayonunda Ağaşəfi Həsənliyə məxsus ticarət obyektində, Şəmkir rayonunda Xıdır Sadıqova, Azər Rüstəmova məxsus mağazalarda, ümumilikdə 64 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.