Doqquz ayda Mərkəzi Bankda 76 valyuta hərracı keçirilib

2020.11.20 18:07 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Məlumata görə, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg”
terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Cari ilin 9 ayında Mərkəzi Bankda ümumilikdə 76 valyuta hərracı keçirilib. Birinci rübdə valyuta bazarında tələb artsa da, aprel ayından başlayaraq tələbin azalması və stabilləşməsi müşahidə olunub.