Azərbaycanın strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir

2020.11.20 16:29 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkənin strateji valyuta ehtiyatları qəbul edilmiş beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
Sentyabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib (2020-ci ilin birinci yarısı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 5 dəfə üstələyib (01.10.2020 tarixinə olan M2 pul aqreqatı götürülməklə). Ölkənin strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir.