Ərzaq, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 100,3 faiz olub

2020.11.20 15:11 (UTC+04:00)

Oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 100,3 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində un və un məmulatları üzrə istehlak qiymətləri indeksi 100,1 faiz, ət və ət məhsulları 100 faiz, balıq və balıq məhsulları 99,6 faiz, süd, süd məhsulları və yumurta 100,1 faiz, kərə və bitki yağları 100,2 faiz, meyvələr 97,9 faiz, tərəvəzlər 103,7 faiz, qənd, cem, bal, şokolad və konfetlər 100,3 faiz olub.