Gənc kadrların peşəkarlıq səviyyəsi diqqət mərkəzindədir

2020.11.20 11:31 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının gənc əməkdaşları üçün (DSMF) peşəkarlığının artırılması məqsədilə növbəti təlim təşkil olunub.

Təlim zamanın iştirakçılara ünvanlı dövlət sosial yardımı proqramının hüquqi, iqtisadi və təşkilati əsasları ilə bağlı ətraflı məlumat verilib, aztəminatlı ailələri əhatə edən ünvanlı dövlət sosial yardımı sisteminin əsas prinsipləri (ünvanlılıq, ədalətlilik, bərabərlik) onlara ətraflı izah olunub, proqramın icrası zamanı bu prinsiplərə daim ciddi əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.