Bu ilin yanvar-oktyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 552,7 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin müddət ərzində metallurgiya sənayesində 78,6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 1,2 faiz artım müşahidə olunub.
Eyni zamanda, sahə üzrə 28 min 980,8 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.