Azərbaycanın xaricə təbii qaz satışı 15 faiz artıb
2020.11.19 14:18 (UTC+04:00)
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə təbii qaz satışı 10,8 milyard kubmetr təşkil edib.
Energetika Nazirliyindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur.