Bu ilin 10 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 378 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə geyim istehsalında 33,7 faiz, toxuculuq sənayesində 6,1 faiz, dəri və dəridən məmulatlar, ayaqqabıların istehsalında isə 7,9 faiz artım müşahidə olunub.