Oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 milyard 895,7 milyon kilovat/saat, ixracı 59,8 milyon kilovat/saat, idxalı 10,8 milyon kilovat/saat olub.
Energetika Nazirliyindən bildirilib ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin oktyabrında respublikada elektrik enerjisinin istehsalı 24,7 milyon kilovat/saat, ixracı 14,5 milyon kilovat/saat, idxalı isə 1,5 milyon kilovat/saat artıb.