Oktyabrda Azərbaycan Avropa İttifaqı ölkələrinə 1 milyard dollarlıq məhsul göndərib

2020.11.18 17:23 (UTC+04:00)

Oktyabrda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 1 milyard 37,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 195,7 milyon dollar təşkil edib.