Cari ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 614,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövr ərzində tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 20,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 1,4 faiz artıb. Sementin istehsalı 1,2 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 33,7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37,5 faiz, asfaltın istehsalı isə 56,1 faiz azalıb.