Muzdla çalışanların orta aylıq əməkhaqqı 706,6 manat olub

2020.11.18 14:40 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,1 faiz artaraq 706,6 manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3402 manat, qeyri-neft-qaz sektorunda 648,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 624,1 manat, özəl müəssisələrdə isə 810 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.