Əmanətlərin 46,1 faizi milli valyutada qoyulub

2020.11.18 13:57 (UTC+04:00)

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 834,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 53,9 faizi xarici, 46,1 faizi milli valyutada qoyulub. Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2 (1,92) manata, 100 rus rubluna 2,19 (2,39) manata bərabər olub.