Azərbaycan üç rübdə 6,3 milyard dollarlıq neft ixrac edib

2020.11.17 16:10 (UTC+04:00)

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, yanvar-sentyabr aylarında ölkədən 21 milyon 506,5 min ton xam neft ixrac edilib. Göndərilən neftin dəyəri isə 6 milyard 349,8 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.