Dövlət büdcəsinin gəlirləri 20,2 milyard manat, xərcləri 20,7 milyard manat olub

2020.11.17 15:31 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, cari ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 20 milyard 207,1 milyon manat, xərcləri isə 20 milyard 722,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə büdcənin icrasında 515 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,9 faizi qədər kəsir yaranıb.