Yanvar-oktyabr aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 660 milyon dollara yaxın olub.
Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 10 ayda Azərbaycan bu ölkəyə 313,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 346,3 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.