Cari ildə tikinti-quraşdırma işlərinə 7,2 milyard manatdan çox vəsait sərf edilib

2020.11.16 16:55 (UTC+04:00)

Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 281,6 milyon manatı və ya 63,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3 faiz, büdcə vəsaitləri 24,1 faiz, bank kreditləri 6,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, digər vəsaitlər 3,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7 faiz təşkil edib.