“Azeri Light” neftinin bir barreli 44,51 dollara satılır

2020.11.13 12:42 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşır.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar ucuzlaşaraq 44,51 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.