Oktyabrda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 314 milyon 407 min manat olub.
Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 84 milyon 684 min manat, əlavə dəyər vergisi üzrə 214 milyon 940 min manat, aksizlər üzrə 11 milyon 929 min manat, yol vergisi üzrə isə 2 milyon 852 min manat təşkil edib.