Bu il qlobal neft tələbatı sutkada 92,9 milyon barrel olacaq

2020.11.11 16:38 (UTC+04:00)

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) 2021-ci il üzrə qlobal neft tələbatına dair artım proqnozunu azaldıb.
EIA-nın yaydığı məlumata istinadla xəbər verir ki, administrasiya gələn il üzrə neft tələbatına dair artım proqnozunu gündəlik 360 min barrel azaldaraq sutkada 5,9 milyon barrelə endirib.
EIA, eyni zamanda, cari ildə qlobal neft istehlakının gündəlik orta hesabla 92,9 milyon barrel olacağını açıqlayıb. Bu göstərici 2019-cu illə müqayisədə istehlakda sutkalıq 8,6 milyon barrel azalma deməkdir.