Yaponiyada koronavirusa görə aviaşirkətlər üçün yanacaq vergisi azaldılacaq

2020.11.12 13:41 (UTC+04:00)

Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi ölkədə koronavirus infeksiyasının yayılmasının təsirinə məruz qalmış yerli aviaşirkətlərin istifadə etdikləri yanacaq üçün verginin dərəcəsini aşağı salmağa hazırlaşır.

Yanacağa görə tutulan vergilər Yaponiya hava limanlarının təchizatına sərf olunur. Ona görə də hökumət vergi dərəcəsinin aşağı salınması üçün müəyyən hədd müəyyənləşdirməyi də planlaşdırır.

Keçən ay Yaponiyanın dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kadzuyosi Akaba bəyan etmişdi ki, hökumət avqust ayından fevral ayında qədər olan dövr üçün Yaponiya aviaşirkətlərindən hava limanlarından istifadə üçün tutulan ödənişin məbləğini 45 faiz azaldacaq.