Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Migel Silvo Pinto Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə Bakıda təşkil edilmiş forumun üzv ölkələr üçün çox əhəmiyyətli olduğunu bildirib.
İcraçı katib qeyd edib ki, üç gün davam edəcək forum avtomatik məlumat mübadiləsi sahəsində qarşılıqlı təcrübələrin öyrənilməsi baxımından üzv ölkələr üçün səmərəli bir platformadır: "Biz üzv ölkələrin vergi administrasiyalarının qarşılıqlı əməkdaşlığına, qabaqcıl təcrübələrin öyrənilməsinə böyük önəm veririk. Ona görə də avtomatik məlumat mübadiləsinin nəticələrinin IOTA-ya üzv ölkələrin vergi orqanları üçün faydalı və səmərəli olduğunu düşünürük".
Elxan SALAHOV