Cari ilin sentyabr ayında Bakı şəhərində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sözügedən məhsul və məmulatların istehlak qiymətləri indeksi bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 104,7 faizə bərabər olub.
Un məmulatları və yarmaların qiymət indeksi cari ilin yanvar-sentyabr ayında ötən ilin eyni dövrünə nisbətən 103,9 faiz, ət məhsulları 103,4 faiz, balıq məhsulları 106,1 faiz, süd məhsulları, pendir və yumurta 104,9 faiz, meyvələr 108,7 faiz, tərəvəzlər isə 105,7 faiz təşkil edib.