Yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə işsizlikdən sığorta ödənişi alan 172 nəfərə hesablanmış orta aylıq məbləğ 403,2 manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, paytaxtda işsiz şəxslərdən 163 min 773 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat sentyabr ayının sonuna şəhər üzrə 16 min 209 nəfərdir ki, onlardan da 9436 nəfəri peşə və ixtisası olmayan şəxslərdir.