Doqquz ayda Bakıda görülən inşaat işlərinin dəyəri 4,7 milyard manat təşkil edib

2020.11.05 15:35 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4 milyard 772 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin 65 faizini tikinti, yenidənqurma və genişləndirmə işləri, 6,7 faizini əsaslı təmir, 5,7 faizini cari təmir, 22,6 faizini isə digər işlər təşkil edib.