Doqquz ayda paytaxtın pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri ötən ilin eyni dövrünün səviyyəsindən real ifadədə 11,5 faiz artaraq 8 milyard 46,8 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 9,2 faiz azalaraq 7 milyard 506,9 milyon manata bərabər olub.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 51,7 faiz təşkil edib.