Yanvar-sentyabr aylarında paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, 9 ayda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 457,3 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 36,7 faiz artıb. Sənaye məhsulunun 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.
Üç rübdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi isə əvvəlki illə müqayisədə 9,7 faiz azalaraq 172,9 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,8 faizi bu sektorda istehsal olunub.