Doqquz ayda Bakıda tikinti materiallarının istehsalı 5 faiz artıb

2020.11.04 12:49 (UTC+04:00)

Yanvar-sentyabr aylarında paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 5 faiz artaraq 371,9 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin eyni dövrünə nisbətən sementin istehsalı 3,2 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 23 faiz, asfaltın istehsalı 34,6 faiz, tikinti gipsinin istehsalı isə 6,4 dəfə artıb.