“Azeri Light” neftinin bir barreli 39,31 dollara satılır

2020.11.04 12:22 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,56 dollar artaraq 39,31 dollar təşkil edib.

Qeyd edək ki, “qara qızıl”ın qiymətləri ABŞ-dakı prezident seçkiləri fonunda dolların zəifləməsi, eləcə də “OPEC+”un hasilat məhdudiyyətlərini artırmaqla bağlı planını təxirə saldığına dair bazar gözləntiləri ilə bahalaşır.