Bakıda əsas kapitala 6,6 milyard manat yönəldilib

2020.11.03 17:46 (UTC+04:00)

Yanvar-sentyabr aylarında paytaxtda əsas kapitala 6 milyard 687,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox vəsait yönəldilib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 277,3 milyon manatı və ya 49 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.