Doqquz ayda Bakının ticarət dövriyyəsi 15,5 milyard manat olub

2020.11.03 18:00 (UTC+04:00)

Bu ilin 3 rübündə Bakının ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artaraq 15 milyard 553,7 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, yanvar-sentyabr aylarında ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 8 milyard 46,8 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 9,2 faiz azalaraq 7 milyard 506,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.