Sentyabrda qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya ixrac edilib

2020.11.03 16:06 (UTC+04:00)

Sentyabrda qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (35,7 milyon dollar), İsveçrəyə (27,8 milyon dollar), Türkiyəyə (25,1 milyon dollar), Gürcüstana (7,6 milyon dollar) və İran (6,9 milyon dollar) ixrac olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, sentyabrda qeyri-neft sektoru üzrə ixracda qızıl (25,8 milyon) birinci, elektrik enerjisi (9,3 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon dollar) üçüncü yerdə qərarlaşıb.