Qeyri-neft sektoru üzrə ixracda aparıcı şirkətlərin adları açıqlanıb

2020.11.03 17:39 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında aparıcı şirkətlərinin adlarını açıqlayıb.
İITKM-in “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, hesabat dövrü üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin siyahısına “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi liderlik edir. Siyahıda növbəti yerlərdə “SOCAR Polymer” MMC, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Fruit Store" MMC, "Baku Steel Company", "Fruit City Group" MMC və “P-Aqro” MMC qərarlaşıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıda "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Kaspian Drilinq Kompani Limited” MMC təmsil olunur.