Əcnəbilər cari ildə bank kartları ilə ölkəmizdə 354,2 milyon manatlıq əməliyyatlar aparıblar

2020.11.03 14:35 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, bunun nəticəsində sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 25,6 milyon milyon manat təşkil edib.
Yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları ilə 354,2 milyon manatlıq əməliyyatlar aparıblar.