Sentyabrda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15 milyon ABŞ dolları olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 148,6 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.